“Gəncə” daha bir rusiyalı

“Sarı-göylər” Marina Tuşova ilə 1-illik müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, son olaraq Filippinin “Kapital-1 Solar Spikers” komandasında çıxış edən U-19 Avropa çempionatının qızıl mükafatçısı, Fransanın “Vandoeuvre Nancy”, “İstres” və İsveçrənin “Valtra” klublarının da şərəfini qoruyub.

O, öz ölkəsində “Sparta”, “Saxalin”, “Primoroçka”, “Dinamo Krasnodar”, “Fakel” və digər komandalarda forma geyinib.

“Gəncə”, bunacan yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova, braziliyalı Kerolayn Ferreira Perotto və bolqarıstanlı Nikol Dulevanı heyətinə qatıb.

Həmin kateqoriyadan