- Baxış sayı: 194
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 56
- Dekabr 05, 2025
- 0

“Gəncə”nin rəhbərliyi yerli voleybolçularla görüş keçirib. Allsport.az saytı xəbər verir ki, Gəncə idman sarayında oyunçularla rəsmi müqavilələr imzalanıb. Klub rəhbərliyi komandanın qarşıdakı mövsümdə daha güclü və rəqabətədavamlı çıxış etməsi üçün yerli idmançıların inkişafına və dəstəyinə xüsusi önəm verdiyini vurğulayıb.
Tədbirdə çıxış edən klub prezidenti Elvar Osmanov yeni mövsümlə bağlı fikirlərini bölüşüb. O, oyunçulara inamını ifadə edərək, qarşıdakı yarışlarda uğurlu nəticələr qazanacaqlarına əminliyini bildirib. Elvar Osmanov həmçinin komandanın bir ailə kimi birləşərək yerli çempionatda Gəncəni və Azərbaycan voleybolunu layiqincə təmsil edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Sonda klub prezidenti bütün oyunçulara yüksək motivasiya və uğurlar arzulayıb, azarkeşləri isə yeni mövsümdə komandaya dəstək olmağa çağırıb.