- Baxış sayı: 39
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində bu gün növbəti oyunlar keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk görüşü “Gəncə” və UNEC komandaları arasında olub. GİN-nin voleybol mərkəzində təşkil olunan qarşılaşmada Gəncə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb.
Eyni məkanda baş tutan günün ikinci matçında isə “Abşeron” və “MAA” klubları üz-üzə gəliblər. Gərgin keçən oyunun taleyinə tay-breykdə aydınlıq gəlib. 5 set davam edən oyunda “Abşeron”un 3:2 hesablı qələbəsi qeydə alınıb.
Qadınların mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 30-da keçiriləcək.
Ölkə kuboku
Qadınlar
28 oktyabr
“A” qrupu
“Gəncə” – UNEC 3:0 (25:9, 25:13, 25:15)
“B” qrupu
“Abşeron” – “Milli aviasiya akademiyası” 3:2 (19:25, 25:20, 25:17, 21:25, 15:12)