- Baxış sayı: 28
- 04 Fevral 2026 10:16
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0

Fevralın 3-də “Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində “GəncFest”in açılışı olub. Allsport.az xəbər verir ki, açılışdan öncə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və gənclər Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Goranboy şəhərində yerləşən Heydər Əliyev parkında iki gün davam edəcək “GəncFest”də gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak edirlər.
Gənclər və idman nazirliyi və Goranboy rayon icra hakimiyyətinin birgə təşkil etdiyi tədbirin ilk gününün sonunda təşkil edilən konsert proqramında Sevda Yahyayeva, Elçin Cəfərov və Goranboy şəhər uşaq incəsənət məktəbinin rəqs qrupu çıxış ediblər.
Gənclər üçün bayram əhval-ruhiyyəsində keçən tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.