- Baxış sayı: 39
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Tamaşaçıları stadiona cəlb edən şəxslərə minnətdaram. Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar. Gəncləşdirmə siyasəti həyata keçirildikdən bu yana ən pis oyunumuzu sərgilədik. Komandadan narazıyam”.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “İnter” “Xəzər Lənkəran”a 2:0 hesabıyla qalib gəlmişdi.