Gerreyru “Bavariya”dan ayrılır

“Bavariya” klubu portuqaliyalı müdafiəçisi Rafael Gerreyru ilə vidaşacaq.

Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq. Klubun yaydığı rəsmi bəyanatda bildirilir: “Üç uğurlu ildən sonra Rafael Gerreyru yayda “Bavariya”nı tərk edəcək. O vaxta qədər isə mövsümü mümkün qədər uğurla başa vurmaq üçün birlikdə əlimizdən gələni edəcəyik”.

Gerreyru cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan