- Baxış sayı: 30
- 08 Mart 2026 12:11
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Gənclər və idman nazirliyinin elan etdiyi “İdman həftəsi”nin 6-cı günündə uşaq evləri arasında əyləncəli atletika yarışı təşkil olunub.
Allsport.az xəbər verir ki, Bakı atletika mərkəzində keçirilən tədbirdə 6 uşaq evindən 48 uşaq iştirak edərək əsl idman ruhu nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən, birinci yeri Şəki şəhəri 6 saylı uşaq evi sosial xidmət müəssisəsi qazanıb. Lənkəran şəhəri Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsi ikinci, Gəncə şəhəri 4 saylı uşaq evi sosial xidmət müəssisəsi isə üçüncü yeri tutublar.