- Baxış sayı: 25
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Mayın 29-da Bakı olimpiya stadionunda Avropa liqasının finalı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq. Final yaxınlaşdıqca, onun ətrafında həyacan və gərginlik artıb. Çempionlar liqasında qızıl medal uğrunda mübarizə aparacaq “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp 2 gün öncə verdiyi açıqlamada avroliqanın finalının Bakıda keçirilməsini gülməli və yanlış adlandırmışdı. Mütəxəssisin sözünə görə, Bakıya Londondan birbaşa reys də yoxdur, üstəlik, qiymətlər bahadır.
Bu gün isə, “Arsenal”ın ermənistanlı futbolçusu Henrik Mxitaryanın ölkəmizə gəlib-gəlməməsi müzakirəyə çıxıb. Gənclər və idman nazirinin mətbuat katibi Səmayə Məmmədova məsələyə belə qiymət verib: “Henrik Mxitaryanın Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bu məlumat əsassızdır.
Bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, şahmat olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təmimatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir gerçəkliyə sığmır”.