Göygöl antidopinq məşğələsi

AMADA-nın təhsil şöbəsi iyunun Göygöl uşaq-gənclər idman şahmat məktəbində “Antidopinq dəyərləri” seminarı keçirib.

Allsport.az saytı xəbər verir ki, məşğələdə sərbəst güləş, sambo, futbol və şahmat idman növləri ilə məşğul olan yeniyetmə və gənclər iştirak ediblər.

Onlara dopinq nəzarəti, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün istisna icazəsi və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib.

Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyənlər pre-test və seminardan sonrakı test vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish