- Baxış sayı: 12
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 58
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın heyətində 400-cü oyununa çıxan Maksim Medvedev bununla bağlı fikirini bölüşüb. Allsport.az saytı xəbər verir ki, millinin də şərəfini qoruyan təcrübəli futbolçu hisslərini belə ifadə edib:
“Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur. 13 ildir eyni komandada çıxış edirəm və çox sevindirici bir haldır. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu.
Başqası formanı versəydi, sevinərdim amma bu tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm (gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.