- Baxış sayı: 48
- 09 Mart 2026 10:42
- Baxış sayı: 456
- Mart 12, 2026
- 0
Orta çəki dərəcəsində UFC çempionu Həmzət Çimayev kəmərini ilk dəfə keçmiş çempion Şon Striklenndən qoruyacaq.
Allsport.az xəbər verir ki, bu qarşılaşma mayın 9-da Nyu-Cersi ştatının Nyuark şəhərindəki “Prudential Center” arenasındakı UFC 328 turnirinin əsas döyüşü olacaq.
31 yaşlı Çimayev çempionluq kəmərini 2025-ci ilin avqustunda Drikus dü Plessini yekdil qərarla məğlub edərək qazanıb. Reytinqdə üçüncü pillədə qərarlaşan 35 yaşlı amerikalı Striklend isə ötən ay Entoni Ernandes üzərində qazandığı vaxtından əvvəl qələbədən sonra titul döyüşü fürsəti əldə edib. O, bu yarışda ardıcıl beş qələbə qazanan Nassurdin İmavovu geridə qoymağı bacarıb.