- Baxış sayı: 67
- 18 Mart 2026 10:00
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0
Dünən qadın həndbolçular arasında millimizin üzvü Katerina Peçenin formasını geyindiyi «Dinamo-Sinara» Avropa Çempionlar Liqasının 1/4 finalında cavab matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, ilk oyunda səfərdə Rumıniyanın «Baia Mare» klubuna 23:25 uduzan «ağ-göylər», əvəz matçında rəqibini məyus edib. Volqaqrad təmsilçisi karpatları 5 top fərqi ilə üstələdiyindən «Dördlər finalı»na çıxıb.
Bu, «Dinamo-Sinara»nın avrokubok tarixində ilk böyük uğurudur. Sözügedən görüşdə həmyerlimiz ehtiyat oyunçular skamyasında əyləşib. Həlledici mərhələnin oyunları Macarıstanda baş tutacaq.