- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan – Litva yığmaları beynəlxalq yoldaşlıq oyununda qolsuz sülh bağlayıblar. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçilər mətbuat konfransında bunu deyiblər:
Nikola Yurçeviç: “Maraqlı və yaxşı oyun keçdi. Komandam qələbə qazanmaq üçün hər şeyi etdi. Birinci hissədə daha yaxşı oynadıq, qol vurmaq üçün imkanlar yaratdıq. İkinci hissədə bir neçə dəyişik etdik və nəticədə oyunun ritmini itirdik. Xorvatiya ilə ağır oyundan sonra bu gün futbolçulardan razı qaldığımı deyə bilərəm. Əvvəlcədən demişdik ki, qələbə qazanmaq istəyirik. Çünki qələbə komandada özünəinamı artıracaqdı.
Eyni zamanda digər futbolçuları da iş başında yoxlamağı düşünürdük və buna nail olduq. Oyun zamanı bəzi futbolçuları isə fərqli mövqelərdə sınadıq. Çalışmalıyıq ki, gələcək oyunlarda şanslarımızdan daha yaxşı istifadə edək. Yenə deyirəm, matça hücumameyilli futbolçularla başladıq, əvəzetmədən də hücumçuları oyuna qoşduq. Məqsədimiz daha yaxşı oynamaq, nəticələr əldə etməkdi. Qarşıda Macarıstan və Slovakiya ilə oyunlarımız var. Əlbəttə, hər iki oyunda qələbə qazanmaq istəyirik”.
Valdas Urbonas: “Oyuna ciddi hazırlaşmışdıq. Rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Azərbaycan millisinin heyətlərində fərdi və texniki imkanlarına görə fərqlənən istedadlı futbolçular var. Xorvatiyaya qarşı da yaxşı mübarizə aparıblar. Məni müdafiə xəttimiz daha çox düşündürürdü. Çünki arxa xətdə nizam-intizam yaratdıqdan sonra hücum haqda düşünə bilərdik.
Müqayisə etsək, birinci hissədə daha yaxşı oynadıq. Topa nəzarət etməyi bacardıq, mümkün qədər hücumlar qurmağa çalışdıq. İkinci hissəyə meydan sahibi komanda daha fəal başladı. Nəticənin oyuna görə olduğunu düşünürəm. Qol epizodları baxımından zəngin olmayan bir matç izlədik. Oyundan və komandamdan razı qaldım”.