- Baxış sayı: 34
- 21 Aprel 2025 23:46
- Baxış sayı: 104
- Aprel 21, 2025
- 0
Azərbaycan kubokunun son 7 mövsümündə ilk dəfə premyer liqa klubu I divizion təmsilçisinə uduzub. Allsport.az xəbər verir ki, bu, 1/8 finalın “Sabah” – “Kəpəz” oyununa təsadüf edib. 2:1 hesablı qələbə qazanan Gəncə təmsilçisi aşağı liqa təmsilçilərinin həsrətinə son qoyub.
Sonuncu belə hadisə 2013/14 mövsümündə qeydə alınıb. 2013-cü il dekabrın 4-də “Araz Naxçıvan” öz meydanında “Simurq”u mübarizədən kənarlaşdırıb. 2609 gün əvvəlki görüş 2:2 hesabı ilə başa çatıb və qalibi penaltilər seriyası müəyyənləşdirib. Meydan sahibləri daha dəqiq olub – 4:2.
Həmin mövsümün digər 5 duelində (ikisi daha tez, biri eyni vaxtda başlayıbsa, ikisi gec start götürüb) premyer liqa klubları I divizion komandalarını yarışdan kənarlaşdırıb. 2014/15, 2015/16 mövsümlərində 6, 2016/17, 2017/18 mövsümlərində 8, 2018/19 və 2019/20 mövsümlərində 4, cari mövsümün əvvəlki 3 matçında da eyni hadisə yaşanıb.