- Baxış sayı: 16
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“Sabah” premyer liqanın 4-cü turunda səfərdə “Zirə” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Ramin Quliyev bunu deyib:
“Oyuna 3 xal üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik. Matç istədiyimiz axarda gedirdi, lakin yenə də müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi. Buna baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər və hesabı bərabərləşdirdilər.
Hətta qalib də gələ bilərdik. Bu gün meydanda tam fərqli bir komanda gördüm. Futbolçular qələbəyə çox istəkli idilər. Bu da çox sevindirici haldır”.