- Baxış sayı: 19
- 05 Dekabr 2025 17:24
- Baxış sayı: 88
- Dekabr 05, 2025
- 0

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüşdü Rəçbərin müalicəsi davam etdirilir. Allsport.az xəbər verir ki, sabiq qapıçının həyat yoldaşı İşıl Rəçbər müalicənin yaxşı istiqamətdə olduğunu bildirib:
“Müalicə yaxşı istiqamətdə davam edir. Xəstəlik ani peyda oldu. COVID-19 Rüştünün ağciyərlərinə keçdi. Nəfəsi daraldığı üçün həkimə nəzarətinə götürüldü. O, hazırda reanimasiyadadır”.
46 yaşlı keçmiş futbolçu martın 29-u xəstəxanaya yerləşdirilib.