- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fransa paytaxtında keçirilən dünya çempionatında 3-cü dəfə baş mükafata yiyələnən millimizin 61 kq-da öncülü Hacı Əliyev sərbəst güləşdə yeni tarix yazıb. Allsport.az saytının statistika bölməsinin məlumatına görə, Rio-2016-nın bürünc medalçısı müstəqilliyimizdə olimpiya növlərində ilk azərbaycanlı 3-qat dünya çempionu olub.
Çağdaş Azərbaycanda bu nəticəni avarçəkmənin kanoe proqramında legionçu Valentin Demyaneko (200 metr – 2009, 2011, 2013) göstərib. Sözü gedən uğurda bahadırımızın üstünlüyü ondadır ki, o, fəxri kürsünün ən yüksək pilləsinə ardıcıl çıxıb (Daşkənd-2014; Las Veqas-2015). Amma bu yarışlarda ümümi medal sayında ukraynalı bizimkindən 1 «gümüş» öndədir (4×200 metr estafet; 2011).
Əvvəllər olimpiya oyunları mövsümündə dünya çempionatı təşkil olunmurdu. Rio olimpiadası ilində bu yarış qeyri-olimpiya çəki dərəcələri üzrə keçirildiyindən, Hacının çəkisi proqrama daxil olmayıb.
26 yaşlı idmançıya qədər bu uğuru yaxın keçmişdə yunan-Rona güləşçimiz Məhyəddin Allahverdiyev (48 kq; 1985-87) SSRİ adına qazanıb.