- Baxış sayı: 44
- 24 Aprel 2025 09:37
- Baxış sayı: 44
- Aprel 24, 2025
- 0
Tokio-2020-də sərbəst güləşdə gümüş medal qazanan Hacı Əliyev, müstəqil Azərbaycanın yay olimpiya oyunlarında nəticəsini yaxşılaşdıran 4-cü idmançı olub. Allsport.az saytı xəbər verir ki, əfsanəvi bahadır Namiq Abdullayev Atlanta-2006-da gümüşü Sidney-2000-də qızıla çevirib.
Digər sərbəst üsulla çıxış edən – Hetaq Qazyumov Pekin-2008-də və London-2012-də 3-cü yer tutmuşdusa, Rio-2016-da adını finala yazdırıb.
Qadınlarda Mariya Stadnik Pekin-2008-də bürünc mükafat qazanıb, London-2012-də onu gümüşə yüksəldib və Rio-2016-da da qızılın bir addımlığında dayanıb.
Yunan-Roma güləşçimiz Rövşən Bayramova gəlincə, o, Pekin-2008 və London-2012 olimpiadalarında eyni nəticə göstərib: 2-ci yer.
Maraqlıdır ki, adlarını qeyd olunanların hamısı bir idman növünü təmsil edir.