- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 22-ci turunda “Sabah”a qarşı keçirdikləri oyundan (0:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, öncə oyunu şərh edib:
“Həqiqətən də bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Bizə gəlincə, 1-2 epizod var idi ki, qol vura bilərdik. Ümumilikdə, iki hissədə də eyni oyunu göstərdik.
Rəqib ikinci hissədə daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladılar. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bu nəticəni qənaətbəxş hesab etmək olar”.