- Baxış sayı: 191
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 191
- Dekabr 05, 2025
- 0

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqada bu postda 50-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, 2018-ci ilin yayında paytaxt təmsilçisinin “sükanı arxası”na keçən mütəxəssis komandanı 2018/19 mövsümünün 28, 2019/20 mövsümünün 20 matçına çıxarıb.
Cari çempionatın 2-ci görüşü çalışdırıcı üçün yubileylə əlamətdar olub. “Zirə” ilə görüşdəki bu yubiley 1:2 hesablı məğlubiyyətlə nəticələnib. Baş məşqçi kimi komandasını 23-cü dəfə uduzan görən Hacıyevin aktivində 17 qələbə və 10 bərabərlik var.