- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin haitili futbolçusu Donald Gerye “Haiti-Tempo” nəşrinə açıqlama verib. Allsport.az xəbər verir ki, 31 yaşlı oyunçu 2017-ci ildə “Qarabağ”a transfer olduğu vaxt üzləşdiyi çətinlikdən bəhs edib:
“Visla” ilə “Volfsburq”a qarşı yoldaşlıq görüşündə qol vurdum və yaxşı oyun keçirdim. Sonra Almaniya təmsilçisinin nümayəndələri klubla əlaqə saxladılar. Ancaq Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu. Azərbaycanda ilk dəfə müqavilə imzalamaq istədiyim vaxt da eyni çətinliyi yaşadım.
Pasport məsələsi işimi asanlaşdırmadı. Buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun. Milliyə çağırılan futbolçuların xaricdə oynamasını asanlaşdırmaq üçün diplomatik pasporta sahib olmalarına icazə verməyə çağırıram”.