Hakim “Əl-Nəsr”ə kömək edib?

Səudiyyə pro liqasının XXI turunda “Əl-Nəsr”ə 0:2 hesabı ilə uduzan “Əl-İttihad” hakim idarəçiliyindən rəsmi şikayət edib.

Allsport.az xəbər verir ki, Ciddə təmsilçisi məğlubiyyətin səbəbi kimi sloveniyalı referi Slavko Vinçiçin qərarlarını göstərib.

Klubun bəyanatında rəqib qapısına iki penaltinin verilmədiyi, xüsusilə VAR-da Məhəmməd Simakanın əllə oyununa baxılsa da, 11 metrlik cərimə zərbəsinin təyin olunmadığı vurğulanır. Narazılığı artıran digər məqam isə “Əl-Nəsr”in ilk qolunun (Sadio Mane) bənzər epizodda penaltidən vurulmasıdır.

Rəhbərlik epizodların yenidən araşdırılmasını tələb edir. Hazırda “Əl-Nəsr” 49 xalla ikinci, “Əl-İttihad” isə 34 xalla yeddinci yerdədir.

Həmin kateqoriyadan