- Baxış sayı: 198
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 198
- Dekabr 05, 2025
- 0

AFFA-nın inzibati binasında premyer liqa oyunlarına təyinat alan hakim-inspektorlar üçün seminar keçirilib.
Allsport.az xəbər verir ki, hakimlər komitəsinin sədri Frits Ştuxlikin rəhbərliyi ilə keçirilmiş seminarda oyun qaydaları ilə bağlı test imtahanı aparılıb.
Videotestin də daxil olunduğu seminar proqramında ölkədaxili turnirlərdə qeydə alınmış epizodları özündə əks etdirən videoçarx əsasında müzakirələr aparılıb.