Hakimi aldatdığını etiraf etdi

“İnter”in müdafiəçisi Alessandro Bastoni “A” seriyasının 25-ci turunda “Yuventus”a qarşı oyunda (3:2) etdiyi simulyasiyaya və rəqib oyunçu Pyer Kalulunun qırmızı vərəqə almasına göstərdiyi emosional sevincə görə üzr istəyib.

Allsport.az xəbər verir ki, həmin epizodda Kalulu ilə olan təması şişirtdiyini etiraf edən 26 yaşlı müdafiəçi bildirib ki, etdiyi hərəkətdən peşmandır və bu hadisə onun 300 oyunluq peşəkar karyerasını xarakterizə etməməlidir.

Sosial şəbəkələrdə ailəsinə qədər uzanan təhdidlər aldığını qeyd edən Bastoni, həmçinin səhv qərar verən hakim Federiko La Pennadan da üzr istəyib.

Həmin kateqoriyadan