- Baxış sayı: 27
- 05 Fevral 2026 16:49
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0

AFFA U-17 liqasında yarışan “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidova sərt cəza tətbiq edib. Allsport.az xəbər verir ki, bununla bağlı qurumun intizam komitəsi qərar çıxarıb.
Fevralın 29-u U-17 liqasında keçirilən “Xəzər Lənkəran” – “Qarabağ” oyununun 87-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Qarşılaşmanın 90-cı dəqiqəsində isə o, yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən məşqçi 20 oyunluq cəzalanıb.