- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Keşlə” – “Sabah” oyununda ev sahibi futbolçu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.
“Keşlə”nin digər futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.
“Sumqayıt” – “Qəbələ” oyununda “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.