Hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Salyan olimpiya idman kompleksində və Mingəçevir şəhər “Gənclər evi”ndə Cənub və Şimal-Qərb regionlarının 2-ci, 3-cü və 4-cü kateqoriya hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allport.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

Həmin kateqoriyadan