“Hamımız meydanı tərk etmək istəyirdik”

“Real Madrid”in yarımmüdafiəçisi Orelyen Tçuameni çempionlar liqasının pley-off mərhələsində “Benfika” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra komanda yoldaşı Vinisius Juniorun mərkəzində olduğu irqçilik qalmaqalı barədə danışıb.

Allsport.az xəbər verir ki, görüşün 50-ci dəqiqəsində Vinisiusun vurduğu qoldan sonra oyun braziliyalı ulduza qarşı irqçi təhqirlər səbəbindən dayandırılıb.

Vinisius təkcə azarkeşlər tərəfindən deyil, həm də rəqib komandanın vingeri Canluka Prestianni tərəfindən təhqir olunduğunu iddia etsə də, portuqaliyalı oyunçu bu ittihamları rədd edib.

Tçuameni verdiyi açıqlamada komandanın bu hadisəyə reaksiyasını belə izah edib: “Hamı bilir ki, nəticədə bütün detalları öyrənmək çətin olur, lakin biz “Real” olaraq Vinini tam dəstəkləyirik. O bizə nə baş verdiyini danışdı, “Benfika”nın oyunçusu isə bunun yalan olduğunu söylədi. Başlanğıcda biz hamımız meydanı tərk etmək istəyirdik və bunu birlikdə müzakirə etdik. Lakin Vini matçı qazanmaq üçün oyuna davam etməyimiz lazım olduğunu bildirdi. Biz də məhz bunu etdik və son nəticədə layiqli qələbə qazandıq.”

Həmin kateqoriyadan