Hannes Halldorsson: “Qarabağ”a keçidim yanlış idi

Hannes Halldorsson İslandiyanın “Valyur” klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı qapıçı təqdimetmədə açıqlama verib. O, “Qarabağ”a transferini səhv addım sayıb:

“Danışıqlar uzun zaman aldı. Yeni ildən öncə “Qarabağ”dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik var. Bura gəlmək səhv addım idi.

Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Bu qərar doğru olmadı”. 

Hannes “Qarabağ”a ötən yay Danimarkanın “Randers” klubundan keçmişdi.

Həmin kateqoriyadan