- Baxış sayı: 34
- 05 Mart 2026 15:25
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

“Nyukasl”ın baş məşqçisi Eddi Hau premyer liqanın XXIX turunda “Mançester Yunayted” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis komandasının azlıqda qalmasına baxmayaraq layiq olduğu nəticəni əldə etdiyini bildirib: “Ceykob Remzinin meydandan qovulması ədalətsiz olsa da, müdafiədə inamlı oynadıq və tənqidlərə son qoyduq. Qələbə qolunu vuran Osulanın əzmkarlığı azarkeşlərə unudulmaz anlar yaşatdı”.
Bu nəticədən sonra “Nyukasl” 39 xalla 12-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə (51 xal, 3-cü yer) Maykl Kerrikin rəhbərliyi altında ilk məğlubiyyətini alıb.