“Heç kim bizim “Arsenal”dan daha yaxşı olduğumuza bir funt belə mərc etməzdi”

“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola premyer liqanın 32-ci turunda “Çelsi”ni 3:2 məğlub etdikdən sonra “Arsenal”la çempionluq yarışı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, “şəhərlilər” öndər “topçular”dan 6 xal geridədir və bir oyun az keçirib. Növbəti turda bu klublar bir-biriləri ilə qaşılaşacaqlar.

“Biz premyer liqada 49 oyundan yalnız 3-ündə uduzmuş və çempionlar liqasında məğlub olmayan bir komanda ilə qarşılaşırıq. Liqa kuboku finalından əvvəl açıq-aşkar autsayder idik – bu ölkədə heç kim bizim “Arsenal”dan daha yaxşı olduğumuza bir funt belə mərc etməzdi. Bəlkə də vəziyyət indi bir az dəyişib”, – ispaniyalı mütəxəssis deyib.

Həmin kateqoriyadan