“Hesabda 3 top geridə olsaq da, inam itməyib”

Sabah “Qarabağ” çempionlar liqasının 4-cü mərhələsində evdə Zaqreb “Dinamo”su ilə cavab oyununa çıxacaq (ilk oyun – 0:3). Allsport.az saytı xəbər verir ki, bu gün Tofiq Bəhramov adına respublika stadionunda keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Oyunun mahiyyəti bəllidir. Hesabda 3 top geridə olsaq da, inam itməyib. Yaxşı hazırlaşmışıq. İstəyirik ki, azarkeşlərə gözəl futbol nümayiş etdirək. Finala bərabər bir mübarizəyə umidvaram.

Sabah hər nəticə ola bilər. Məğlubiyyəti göz önünə alsaq, onda gərək bu peşə ilə məşğul olmayaq. Hər yenilgidən nəticə çıxarmaq lazımdır. Sabah məğlub olmamağa çalışacağıq”.

Həmin kateqoriyadan