- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Düşünürəm ki, 2 fərqli üslubda oynayan komandalar sabah yenə üz-üzə gələcək. Biz topla oynamağı və oyun qurmağı sevirik”. Allsport.az saytı xəbər verir ki, bunu Helsinkidə mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Samir Abbasov deyib. O, Avropa liqasının 3-cü ələməsində HİK-ə ciddi müqavimət göstərəcəklərinə inanır:
“HİK əks hücumlara yaxşı çıxan komandadır. 1-ci matçda bunun şahidi olduq. Rəqib bizə ilk oyunda problemlər yaradıb. Sabah süni örtüklü meydanda oynayacağıq.
Bunun bizim üçün nə qədər problem yaradacağını bilmirəm. Futbolçular özlərini yaxşı hiss edirlər. Komanda olaraq buraya niyə və hansı məqsədlər üçün gəldiyimizi bilirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik”.