- Baxış sayı: 25
- 29 Yanvar 2026 17:31
- Baxış sayı: 188
- Yanvar 29, 2026
- 0

“Mançester Siti” hücumçusu Erlinq Holand çempionlar liqasının VIII turunda “Qalatasaray”la görüşdə (2:0) növbəti qoluna imza atıb.
Allsport.az xəbər verir ki, matçın 11-ci dəqiqəsində fərqlənən 25 yaşlı norveçli forvard turnirdə keçirdiyi 56 oyunda vurduğu qolların sayını 56-ya çatdırıb.
Bununla da o, niderlandlı Rud van Nistelroyun göstəricisini təkrarlayaraq çempionlar liqası tarixinin ən yaxşı bombardirləri siyahısında 8-ci pilləyə yüksəlib. Siyahının 7-ci sırasında 57 qolla Tomas Müller qərarlaşıb, rekorda isə 140 qolla Kriştianu Ronaldu başçılıq edir.