Holand klubuyla razılaşmır

“Mançester Siti”nin Erlinq Holandla müqavilənin uzadılması ilə bağlı danışıqları dalana dirənib.

Allsport.az xəbər verir ki, tərəflər norveçli futbolçunun müqaviləsindəki təzminatın məbləği ilə bağlı razılığa gələ bilmirlər. Holand yeni müqavilə üçün sərbəst qalma bəndinin 100 milyon funt sterlinq olmasını istəyir. “Şəhərlilər”in rəhbərliyi bu məbləği artırmaq niyyətindədir.

Tərəflər arasında danışıqların yaxın həftələrdə də davam etdiriləcəyi bildirilir.

Qeyd edək ki, 24 yaşlı Holandın “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Həmin kateqoriyadan