- Baxış sayı: 182
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 182
- Dekabr 05, 2025
- 0

Premyer liqanın XXII turunda “Qəbələ” “Neftçi”ni qəbul edib. Allsport.az xəbər verir ki, qarşılaşmanın (2:2) ilk hissəsində maraqlı hadisə baş verib.
“Ağ-qaralar”ın kapitanı Emin Mahmudov rəqib cərimə meydançasında yerdə qalıb. “Neftçi” futbolçuları bu epizodda penalti tələb edib.
Hətta paytaxt təmsilçisinin yaponiyalı oyunçusu Keysuke Honda qarşılaşmanın baş hakimi Əliyar Ağayevdən VAR-a baxılmasını tələb edib. Referi isə simulyasiyaya görə Emin Mahmudova sarı vərəqə göstərib.
Azərbacan Premyer Liqasında VAR sistemi tətbiq edilmir. Bu səbəbdən Hondanın istəyi qeyri-adi olub.