Hondadan “Neftçi” açıqlaması

“Neftçi”yə keçəcəyi gözlənilən Yaponiya millisinin keçmiş üzvü Keysuke Honda açıqlama verib. Allsport.az “Nikkan Sports” istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi yayılan xəbərlərə münasibət bildirib:

“Bu xəbərlər ilkin mərhələdə fasiləsiz yayılmaqdadır. Hazırda sadəcə məşq edirəm. Bir oyun oynamaq istəyirəm. Bundan zövq alıb-almayacağım artıq mənə qalıb”.

“Ağ-qaralar”ın çalışdırıcı Samir Abasov məşhur futbolçu ilə danışıqların yekunlaşmaq üzrə olduğunu açıqlamışdı.

98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, “Milan”la yanaşı, Niderlandın “Venlo” və “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib. Honda həm də Kamboca millisinin baş məşqçisidir. Azərbaycan təcrübəli futbolçunun əcnəbi həyatı yaşayacağı 8-ci ölkə olacaq.

Onun son klubu Portuqaliya təmsilçisi “Portimenensi” olub. Honda yanvarda keçdiyi 2-ci liqa klubundan transfer sənədlərinin tam həll edilməməsinə görə ayrılıb.

Həmin kateqoriyadan