- Baxış sayı: 33
- 04 Fevral 2026 11:14
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

“Gənclər Paytaxtı” Goranboy şəhərində gənclər təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası keçirilib.
Allsport.az xəbər verir ki, gənclər təşkilatları milli şurasının (NAYORA) təşkilatçılığı ilə keçirilən iclasda gənclər və idman naziri Fərid Qayıbov işçi qrupun üzvlərini salamlayıb və gənclər təşkilatlarına fəaliyyətlərini daha da artırmağı tövsiyə edib.
Tədbirdə gənclər təşkilatlarının strategiyası və strateji planları, qrant ayırmaları və dəstək mexanizmləri, gənclərin suni intellektdən istifadəsi, beyin mərkəzləri, sosial layihələr, regionlarda gənclərlə iş və digər məsələlər müzakirə edilib.
İclasda gənclər və idman nazirinin müavini İndira Hacıyeva da iştirak edib.