- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 10-cu turuna hazırlaşan “Qəbələ” heyətini gücləndirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” seneqallı futbolçu İbrahim Niasseni ilə anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, 2013/14 mövsümündə “Qəbələ”də bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı legionçu bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub.
“Qəbələ”dən ayrıldıqdan sonra, İbrahim Rumıniyada “Konkordiya” (2014-16), İslandiyada “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının çıxış edib.