- Baxış sayı: 45
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, “zolaqlılar”ın türkiyəli çalışdırıcısı 1:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Akademiyanın futbolçularına şans verdik. İlk hissə istədiyimiz kimi alındı. Amma getdikcə “Qarabağ”ın gücünü hiss etdik. Məğlub olsaq da, futbolçularımı təbrik edirəm”.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” “Bakı”ya 3:0 hesabıyla qalib gəlmişdi.