- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA-nın inzibati binasında icraiyyə komitəsinin növbəti iclası keçirilib.
Allsport.az aparılmış müzakirələri və qəbul olunmuş qərarları diqqətinizə çatdırır:
1. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmmədlə müqaviləyə xitam verilsin. Komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması AFFA-nın məşqçilər komitəsinə və texniki departamentə həvalə olunsun.
2. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılsın. Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir.
3. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklər qəbul olunsun.
4. AFFA-nın fair play mükafatı təsis olunsun və əsasnaməsinin hazırlanması baş katibliyə həvalə olunsun.
5. “Azərbaycan futbolunun etik kodeksi”nin hazırlanması baş katibliyə həvalə olunsun.
6. 2020-ci il yanvarın 8-də AFFA-nın növbədənkənar konfransı çağırılsın.
6.1. AFFA-nın nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq AFFA-nın növbədənkənar konfransına təqdim olunsun.
7. “Qəbələ” klubunun sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ icraiyyə komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.
8. AFFA-nın futbol veteranları fondunun əsanaməsinə uyğun olaraq aşağıda adı göstərilmiş şəxslərə müvafiq təqaüd verilsin:
Elbrus Abbasov
Rafiq Əlizadə
Səmədağa Şıxlarov
Novil İsmayılov
Vahid Abbasov
Çingiz Haşımov
Əbdülqəni Nurməmmədov
Tahir Əmiraslanov
Şakir Qəribov
Oqtay Abdullayev
Səməd Qurbanov – xüsusi təqaüd
İsgəndər Cavadov – xüsusi təqaüd
İclasda “elit məşq” kitabı, Gəncə şəhər stadionunun ərazisində inşa olunmuş süni örtklü yeni məşq meydanı barədə və AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat verilib, premyer liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə əlaqədar hesabat təqdim olunub.
Nəticəsi şübhə doğuran, “danışılmış” oyunlarla bağlı xüsusi komissiyanın hazırladığı hesabat icraiyyə komitəsinə təqdim olunub və hesabata əsasən, icraiyyə komitəsi bu gün müvafiq qərarların qəbul olunması üçün intizam komitəsinə müraciət edib.