- Baxış sayı: 10
- 15 Aprel 2025 20:26
- Baxış sayı: 73
- Aprel 14, 2025
- 0
Aprelin 11-də “Marriott” otel bulvarda AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İcraiyyə komitəsi üzvləri Azərbaycan yığma komandasının Haiti və Belarus seçmələri ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər. Onlar Azərbaycan komandasının oyununun və nəticələrinin qənaətbəxş olmadığını vurğulayıblar.
AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.
AFFA hakimlər komitəsinin sədri Frank Dd Bleker icraiyyə komitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O, Azərbaycan premyer liqası və ölkə kuboku uğrunda oyunlarda bəzi hakim səhvlərinin olduğunu etiraf edib. Lakin çempionatın 28-ci turuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdən çox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimi qiymətləndirib. Frank de Bleker mövsümün sonuna doğru çempionatda oyunların daha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçün əllərindən gələni edəcəklərini bildirib. AFFA hakimlər komitəsinin sədri icraiyyə komitəsi üzvlərinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.
AFFA icraiyyə komitəsi Bakı futbol federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun inkişafı strategiyasına uyğun olaraq müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA katibliyinə tapşırılıb.