- Baxış sayı: 76
- 03 Dekabr 2024 14:59
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
5 mart – Bədən tərbiyəsi və idman günü münasibətilə “İdman həftəsi”sində idman federasiyalarının mətbuat katibləri və marketinq menecerləri üçün təşkil edilən treninqə martın 2-də yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında təşkil edilən “Müasir media” adlı treninqin mentoru Avropa xəbər akademiyasının proqram rəhbəri, BBC World News Avrasiya nümayəndəliyinin rəhbəri Sergey Stanovkin olub.
Treninqdə gənclər və idman nazirliyi, milli olimpiya komitəsi, gimnastika, güləş, cüdo, futbol, voleybol, badminton, qılıncoynatma, velosiped idmanı, avarçəkmə, boks, üzgüçülük, taekvondo, reqbi, triatlon, boççia idmanı və kikboksinq federasiyalarının məbuat xidmətlərinin rəhbərləri, əməkdaşları, eləcə də idman qurumlarının marketinq mütəxəssisləri iştirak ediblər.
Treninqin sonunda dinləyicilərə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Sertifikatların təqdim edilməsi mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev və Avropa xəbər akademiyasının proqram rəhbəri, BBC World News Avrasiya nümayəndəliyinin rəhbəri Sergey Stanovkin iştirak ediblər.
Tədbirdə çıxış edən ASAPES-in rektoru Fuad Hacıyev akademiyanın media və marketinq fəaliyyəti barədə məlumat verib və mətbuat katiblərinə uğurlar arzulayıb.