İdman jurnalistləri ictimai birliyi ilə mətbuat şurası arasında əməkdaşlıq imkanları müzakirə olunub

İdman jurnalistləri ictimai birliyinin sədri Azər İsmayıl və idarə heyətinin üzvləri – Ayan NəcəfVüqar Zeynalov mətbuat şurasında olublar.

Allsport.az saytı xəbər verir ki, qonaqları MŞ sədri Rəşad Məcid salamlayıb və son illər idman jurnalistikasının xeyli inkişaf etdiyini deyib. O, ümumən sahə jurnalistlərinin təşkilatlanmasının önəmindən söz açıb, bunun peşənin ixtisaslanmasına dəstək baxımından vacibliyini vurğulayıb.

Qarşı tərəf təmsil olunduqları qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Görüşdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish