- Baxış sayı: 46
- 10 Aprel 2025 20:43
- Baxış sayı: 44
- Aprel 14, 2025
- 0
Allsport.az xəbər verir ki, Milli paralimpiya komitəsinin güllə atıcılığı üzrə millisinin üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar. Onlar miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metrəyə atışda (P2) 2-ci yeri tutublar.
Turnirdə Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıblar. Yarış 17-29 sentyabrda Perunun paytaxtı Limada dünya çempionatında iştirak üçün lisenziya qazandırır. Turnir davam edir.