- Baxış sayı: 275
- 23 Yanvar 2026 16:50
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Azərbaycanın məşhur idman ulduzlarının çəkildikləri koronavirus əleyhinə videoçarx hazırlanıb. Allsport.az xəbər verir ki, idman jurnalistləri federasiyasının gerçəkləşdirdiyi layihədə olimpiya və dünya çempionları əhalini təlaşlanmamağa, hökumətin tətbiq etdiyi qaydalara riayət etməyə səsləyirlər.
Videoçarxda olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftəhəddinova, paralimpiya çempionu İlham Zəkiyev, dünya çempionu Rafael Ağayev və ATV-nin aparıcısı Sənan Şəfizadə çəkiliblər.