- Baxış sayı: 34
- 24 İyun 2026 17:37
- Baxış sayı: 84
- İyun 23, 2026
- 0

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli növbəti qolunu vurub.
Allsport.az xəbər verir ki, 2-ci bundesliqa təmsilçisi səfərdə “Hamburq”la heç-heçəyə razılaşıb – 1:1. Start heyətdə oyuna başlayan Mahir 63-cü dəqiqədə komandasının bərabərlik qolunu vurub. O, 65-ci dəqiqədə sarı vərəqə aldıqdan 3 dəqiqə sonra əvəzlənib.
Mahir “Nürnberq”də keçirdiyi son 4 oyunda 4 qol vurub. Onun komandası 2-ci bundesliqada 11 oyuna 17 xal yığaraq 6-cı pillədə qərarlaşıb.