- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta çempionlar liqasının əsas mərhələsinin 3-cü turunda “Atletiko” üzərində qazanılan inamlı qələbəni (4:0) şərh edib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunun çətin keçdiyini və nəticədən məmnun qaldığını bildirib:
“Çətin oyun alındı. Qol vurduqdan sonra rəqib bir qədər açıldı və bizə boş zonaları tapmaq bir qədər asan oldu. Əldə etdiyimiz nəticədən çox məmnunuq. Bütün bunlar azarkeşlərimizlə birliyimizi gücləndirir, çünki idmanda uğura inam çox vacibdir. İndi isə bazar günü “Arsenal”ı gözləyən matça köklənməliyik.
“Arsenal” 9 xalla cədvəlində 3-cü pillədə qərarlaşıb. “Atletiko” isə 3 xalla 18-cidir.