- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 11-ci turunda “Sabah” səfərdə “Keşlə” ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qonaqların baş məşqçisi Visente Qomes bunu söyləyib:
“İki fərqli hissə izlədik. Birinci hissədə qol imkanlarımız az oldu. Fasilədən sonra rəqib azlıqda qaldı, bundan sonra hesabda önə keçdik. Sonra bir neçə real qol şansımız olsa da, istifadə edə bilmədik.
Rəqib isə son dəqiqələrdə əlinə düşən fürsətdən lazımınca yararlandı və hesabı bərabərləşdirməyi bacardı”.