İki federasiya birləşdi

Martın 14-də Azərbaycan yelkən federasiyası ictimai birliyinin ümumi yığıncağı keçirilib.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir Fərid Qayıbov həmçinin Azərbaycan yelkən federasiyasının prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan yelkən federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış edib, ardınca federasiyanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

İclasda Azərbaycan yelkən federasiyası ictimai birliyinin Azərbaycan su idmanı növləri federasiyası ictimai birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.

Həmin kateqoriyadan